Azərbaycan Memarlıq və İnşaat Universitetinin partnyorları:  Azərsu, Paşa İnşaat ,Holcim ,Mace,Socar,Təmiz Şəhər ASC,Region TV,Aksesuar Ticaret və Sanayi LTD Şti
 Universitet alimləri tədqiqat apardıqları sahələr üzrə respublikada fəaliyyət göstərən müəssisələr, şirkət sahibləri, memarlar, mütəxəssislər, istehsalatdan olan mütəxəssislərlə tez-tez görüşürlər, onlara memarlığın, inşaatın inkişaf etdirilməsinə dair tövsiyyələrini verirlər.
2013-cü il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti Xarici  ölkələrlə elmi əməkdaşlığı genişləndirmişdir. Bu əməkdaşlıq çərçivəsində bir çox beynəlxalq tədbir və görüşlər keçirilmişdir. Belə ki,
  • AzMİU-nun üzvü olduğu Avropa Birliyinin Erasmus Mundus layihəsi çərçivəsində Portuqaliyanın Lissabon Universitetinin professoru, Erasmus Mundus layihəsinin baş koordinatoru Antonio Kastelbranko layihə çərçivəsində 26 avqust 2013-cü il tarixində müəllim və tələbələr üçün "Memarlıqda və şəhərsalmada inkişafa doğru dərslər" mövzusunda mühazirə oxumuşdur. 
  • Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransa İnstitutu, YARAT Müasir İncəsənət Təşkilatının dəstəyi ilə 15 Noyabr 2013-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Memar Odile Dek-ın "Üfüqlər" adlı mühazirəsi keçirilmişdir.
Universitetimizin rektoru, millət vəkili Gülçöhrə xanım Məmmədova 30 yanvar-4 fevral 2013-cü il tarixlərində Avronest Parlamet Assambleyasının Azərbaycan nümayəndə heyətinin tərkibində Polşada səfərdə olub və səfər zamanı Polşa universitetləri ilə görüşlər keçirilib və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
  • 12 mart 2013-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Norveçin ENSI (Energy Saving International AS) kompaniyası arasında Enerji səmərəliliyi və binalarda enerji effektivliyinin yüksəldilməsi sahəsində əməkdaşlıq barədə memorandum imzalanmışdır. Əməkdaşlığın məqsədi qeyd olunan sahədə ENSI kompaniyasının hazırladığı xüsusi proqram əsasında universitetdə və respublikamızda fəaliyyət göstərən mütəxəssislərin təlimi, hazırlanması və ixtisasının artırılması, tərəflər arasında təcrübə, ideya və informasiya mübadiləsi və s. ibarətdir.