39 kafedrada və büdcədən maliyyələşdirilən beş elmi-tədqiqat laboratoriyasında professor-müəllim heyətinin akademik yüklərinin ikinci hissəsi hesabına müxtəlif mövzular üzrə elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatların nəticələri elmi məqalələr, monoqrafiyalar və tövsiyyələr şəklində nəşr olunmaqla bərabər namizədlik və doktorluq dissertasiyaları kimi də müdafiə olunurlar.

Elmi-pedaqoji kadrların hazırlığı magistratura, doktrantura və dissertantura vasitəsi ilə yerinə yetirilir. Hal-hazırda universitetdə 49 doktorant o cümlədən 28 nəfər əcnəbi dissertant elmi-tədqiqat işi üzərində çalışır. Universitet kafedralarında və laboratoriyalarında 35 nəfər tədqiqatçı vardır. Universitetdə müntəzəm olaraq 1; 2 saylı Elmi Əsərləri «Ekologiya və su təsərrüfatı», «Nəzəri və tətbiqi mexanika» və «Urbanizim» jurnalları nəşr edilir. Bunlardan əlavə tələbələr, magistrantlar, doktorantlar və gənc tədqiqatçılar fakültə və universitet tələbə elmi cəmiyyətinin vasitəsilə hər il keçirilən elmi konfranslarda, respublika daxili və xarici ölkələrdə təşkil olunmuş müsabiqələrdə, sərgilərdə iştirak edirlər.

Universitetdə elektron kitabxana yaradılmışdır.