“İKT-də ilk addımlar”
2015-11-14 21:31:28
12.11.15 tarixində saat 15:00-da AzMİU-nun konfrans zalında Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin təşəbbüsü ilə MilliByte MMC aparıcı mütəxəssisləri tərəfindən İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisasının II-III kurs tələbələri üçün növbəti seminar təşkil olunmuşdur. Seminar “İKT-də ilk addımlar” mövzusuna həsr olunmuşdur. Seminar vacibliyi ondadır ki, fakültənin aşağı kurs tələbələri ixtisaslarına uyğun ilk addımlarını atmaq istiqamətində dəyərli informasiyalara yiyələndilər.

60-dan artıq II, III kurs tələbələrinin iştirakı ilə baş tutmuş seminarın sonunda belə seminarların tələbələr üçün vacibliyi qeyd olunaraq gələcəkdə əlaqələrin daha da genişlənməsi qeyd olundu.