Fakültə dekanı "Azərbaycan bayrağı" mükafatına layiq görüldü
2015-11-19 18:52:59
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya texnologiyaları fakültəsinin dekanı Akif Qasımov "Azərbaycan bayrağı"ali media mükafatına layiq görülüb.
Akif Fazil oğlu Qasımov orta məktəbi əla qiymətlərlə başa vuraraq, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indi Azərbaycan Memarlıq və İnşaat Universiteti) Yol-İnşaat fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. Oxuduğu müddətdə yalnız əla qiymətlər almış və o dövrdə tələbələr üçün ən ali təqaüd olan «Lenin təqaüdünə» layiq görülmüşdür. 1991-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəsis kimi Azərbaycan Elmi- Tədqiqat Tikinti Materialları İnstitutunda mühəndis vəzifəsində işləmişdir. 1994-cü ildən 2000-ci ilədək İnşaat Mühəndisləri Universitetində rektor köməkçisi, 2002-ci ildən «Mexanikləşdirmə və Avtomatlaşdırma» (indi Mexanika və informasiya texnologiyaları ) fakültəsində dekan müavini, 2011-ci ilin noyabır ayından isə həmin fakültənin dekanıdır. 1994-cü ildən Universitetdə elmi-pedaqoji fəaliyyətə başlamış, “İnşaat, yol və meliorasiya maşınları“ - indiki “Texnoloji maşın və avadanlıqlar” kafedrasında asissent, 1999-cu ildə baş müəllim və 2005-ci ildən isə dosent vəzifəsində çalışır. 40-dək elmi məqalənin və o cümlədən 5 metodik göstərişin müəllifidir. 
Fakültə dekanı Akif Fazil oğlu Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ABŞ Dövlət Departamentinin birgə layihəsi əsasında bir ay müddətində ABŞ-ın müxtəlif ştatlarının aparıcı universitet və kolleclərində olaraq bu ölkənin Ali təhsil sistemi ilə yaxından tanış olaraq vacib təcrübə əldə edərək Beynəlxalq İVLP sertifikatına layiq görülmüşdür. Əldə olunmuş təcrübənin universitetdə tətbiq olunmasında müəyyən işlər görülmüşdür.