2015/2016 SABAH qruplarına qəbul
2015-02-01 00:34:36

Hörmətli tələbələr,

Nəzərinizə çatdırırıq ki, 2015/2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu 02.02.2015 tarixindən başlayacaqdır.

Tələbələr qeyd edilən tarixdən etibarən SABAH.EDU.AZ saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat müddəti 02.02.2015-15.03.2015 tarixlərini əhatə edəcəkdir.

Qeydiyyatdan keçməzdən əvvəl elektron ərizəni doldurmaq üçün təlimatla tanış olmağınız xahiş olunur.

http://sabah.edu.az/az/telimat