İstehsalat təcrübəsi ilə bağlı 4-cü kurs tələbələriylə görüş keçirilib
2018-02-13 16:43:22
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsində istehsalat müəssisələrinin nümayəndələri və istehsalat təcrübəsinə göndəriləcək  4-cü kurs tələbələri ilə görüş keçirilib.
          İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva istehsalat təcrübəsinin ali təhsilin ayrılmaz bir hissəsi olduğunu bildirib, tələbələrin 3 il müddətində əldə etdikləri nəzəri  bilik və bacarıqların onların peşəkar mütəxəssis kimi formalaşmasındakı roluna toxunub.  Dekan 4-cu kurs tələbələrinin  ikinci semestrdan etibarən  istehsalat təcübəsinə cəlb edildiyini və ilk dəfə olaraq onlara verilən buraxılış işlərinin tələbələrin təcrübə keçdiyi müəssisəyə uyğun şəkildə müəyyən edildiyini söyləyib. O, tələbələrə 14 həftəlik istehsalat təcrübəsindən səmərəli istifadə etməyi məsləhət görüb.
           Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev, “Ev İnşaat” MMC-nin baş mühəndisi Yusif Məmmədov çıxışlarında  bacarıqlı və savadlı texnoloqlara, materialşünaslıq mühəndislərinə istehsalatda hər zaman ehtiyac duyulduğunu vurğulayıb, tələbələri istehsalat təcrübəsində aktiv iştirak etməyə səsləyiblər.
           Məlumat üçün bildirək ki, fevralın 16-dan mayın 25-dək davam edəcək istehsal təcrübəsində tələbələr inşaat sahəsində ən aparıcı müəssisələrdə istehsalat təcrübəsində olacaq, 70 gün davam edəcək istehsalat təcrübəsinin sonunda isə universitet daxilində yaradılan Xüsusi Komissiyaya istehsalat müddətində gördükləri  işlər barədə hesabat verəcəklər.