Voronej Dövlət Texniki Universitetinin tələbələrinə də sertifikatlar verilib
2018-02-12 15:29:20
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş “Qış məktəbi”ni uğurla başa vuran Kuban Dövlət Universitetinin tələbələrindən sonra bu gün Voronej Dövlət Texniki Universitetinin tələbələrinə də sertifikatlar təqdim olunub.
           Universitetin beynəlxalq əlaqələr  üzrə prorektoru Nərgiz Abdullayeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyevin iştirak etdiyi görüşdə çıxış edən Voronej Dövlət Universitetinin Memarlıq və şəhərsalma fakültəsinin dekan müavini Aleksandr Preslaviç “Qış məktəbi”ni təşkil etdiklərinə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib, Azərbaycanda olduqları müddətdə ölkə haqqında geniş informasiya əldə etdiklərini deyib.  Səfər çərçivəsində tələbələrin İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Bayraq meydanı ilə yaxından tanış olduqlarını  vurğulayıb. Bundan başqa, tələbələrin  Qəbələ-Mingəçevir-Şəki turuyla Tufandağ qış-yay turizm kompleksində olduğunu, Şəki Xan sarayını, Karvansarayı, Kiş məbədini ziyarət etdiklərini qeyd edib. Dekan müavini Azərbaycanın memarlığı, qonaqpərvərliyi, insanların xoş münasibətinə  heyran qaldıqlarını dilə gətirib.
            Voronej Dövlət Universitetinin tələbəsi Qriqori Preslaviç də öz çıxışında səmimi münasibət üçün hər kəsə təşəkkür edib. Azərbaycanı çox bəyəndiyini, memarlıq abidələrinə heyran qaldığını bildirib. O, ölkəmizdə olduğu müddətdə ölkəmizin gözəlliyi,  xalqımızın qonaqpərvər, mehriban, istiqanlı münasibəti, memarlıq abidələrinin möhtəşəmliyi barədə keçirdiyi xoş təssüratları  yazdığı şeir ilə ifadə edib.  
Qriqori Preslaviçin söylədiyi şeiri sizə  təqdim edirik:
 
Спасибо вам за приглащение
Мы были рады быть у вас.
Немыслимое впечатление
Ваш город произвёл на нас.
 
Все эти горы небоскрёбов
И местный южный колорит.
Изгибы каменных узоров –
Всё создаёт чудесный вид.
 
Хотели бы сказать «Спасибо!»
За тёплый искренний приём.
Всё было здесь у вас красиво
И в гости мы теперь вас ждём!
           Səmimi keçən görüşün sonunda beynəlxalq əlaqələr üzrə prorektor N.Abdullayeva tərəfindən Voronej Dövlət Universitetinin 1 əməkdaşına və 12 tələbəsinə sertifikatlar təqdim olunub. Sonda tələbələrlə birlikdə xatirə şəkli çəkilib.