AzMİU QS reytinq bazasında dünyanın ən yaxşı universitetləri siyahısına düşüb
2017-10-20 14:59:44
Böyük Britaniyanın Ümümdünya Universitetlərinin Reytinq Təşkilatı  “Quacquarelli Symonds” (QS)  illik göstəricilərinə görə 2018-ci ili üçün ali təhsil müəssisələrinin reytinqini dərc edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il ilk dəfədir ki, dünyanın müxtəlif  ən yaxşı universitetləri arasında  bu siyahıya daxil olub. QS reytinq təşkilatının 2018-ci ili üçün “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində AzMİU 171-180 ən yaxşı universitetlər arasında qərarlaşıb.
Qeyd edək ki, QS təşkilatı həmin regionda fəaliyyətdə olan təxminən 20 ölkədən 300 universitet haqqında araşdırmalar aparıb. QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir.  Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.
QS reytinq bazasına düşmək üçün hər bir kateqoriya üzrə universitet tərəfindən lazımi məlumatlar müvafiq şöbələrdən toplanaraq bazaya göndərilmiş və nəticələr yüksək qiymətləndirilmişdir.
QS reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik reputasiyası”  indikatoru tutur.  “Akademik reputasiya” indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür.
 “QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2018