Tələbələrimiz Paşa Holdinqin tikinti obyektində
2017-10-11 15:22:14
    Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin ingilis və rus qruplarının tələbələri Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsində inşa edilən Müasir kitab evinin tikinti sahəsində olublar.
   Paşa Holdingin təşkil etdiyi ekskursiya zamanı bələdçi tələbələri tikinti zonası ilə yaxından tanış edib. Tələbələr tikinti sahəsində görülən işləri izləyib, qurğular, istifadə olunan inşaat materialları, binanın havalandırma sistemi ilə maraqlanıb, tikintidə çalışan mühəndislərlə söhbət ediblər. Eləcə də tələbələr inşaat mütəxəssisinə onları maraqlıandıran sualları verib və ixtisasları üzrə bir çox əhəmiyyətli biliklərə yiyələniblər.
   Onu da qeyd edək ki, tələbələrin təcrübəsi universitetin Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə gerçəkləşib.