Tələbələrimiz beynəlxalq müsabiqədə 1-ci dərəcəli diploma layiq görülüblər
2017-10-10 13:56:16
Ötən həftə Rusiya Federasiyasının Yekaterinburq şəhərində MOOCAO-nun xətti ilə  Ural Dövlət Memarlıq və Rəssamlıq Universitetinin bazasında Memarlıq və dizayn   üzrə buraxılış işlərinin 26-cı baxış -müsabiqəsi keçirilib.
         5 ölkədən 125 iştirakçının qatıldığı müsabiqədə 500-dən artıq iş təqdim olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bakalavar və magistr pilləsində təhsil alan tələbələr də müsabiqəyə  25 iş təqdim edib və bütün işlər MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomlarına, bir  magistr işi isə  Beynəxalq Memarlar İttifaqları Assosiasiyasının  əlavə diplomuna layiq görülüb. Memarlıq fakültəsi tədbir zamanı təşkil olunmuş dərslik və dərs vəsaitlərinin müsabiqəsinə də qatılıb. Təqdim olunmuş bir dərslik  (A.Ə.Həsənova. E.M.Abdullayeva - “Landşaft memarlığının nəzəriyyəsi və təcrübəsi”)  və bir monoqrafiya (Siyavuş Dadaş- “Теория формального изобразительного языка тюрксой миниатюры”) 1-ci dərəcəli diplom qazanıb.
         Müsabiqənin açılışında Azərbaycanın Yekaterinburq şəhərində baş konsulu vəzifəsini icra edən İlqar İsgəndərov da iştirak edib. Müsabiqənin açılış mərasimi yerli telekanallarda, Azərbaycan diasporasının saytında işıqlandırılıb, hər 2 kanala müsabiqə haqqında müsahibələr verılib. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiyada ən böyük diasporası  Yekaterinburq şəhərindədir. Memarlıq fakültəsinin dekanı Əməkdar memar Zahidə Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan diasporasının başçısı Şahin Şıxlınski ilə görüşüb.
         Yekun iclasda müsabiqənin gələn il Volqoqrad  Dövlət Memarlıq və İnşaat Universitetinin bazasında keçirilməsi  qərara alınmışdır.