Polşa ali məktəbləri Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlıdırlar
2017-10-10 01:12:22
      Oktyabrın 6-8-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2017”) iştirak edən Polşanın ali məktəblərinin təmsilçiləri Azərbaycanın yerli universitetlərinin nümayəndələri ilə görüş keçiriblər.
      Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkələrimizin ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələri, qoşulduqları beynəlxalq layihələr, tələbə-müəllim mübadiləsi, ikili diplom layihələrinin həyata keçirilməsi prioritet yer tutub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İsa Muradov da iştirak edib.