AzMİU-nun Cinema Clubunda yeni tədris ilinin ilk filmi nümayiş olunub
2017-10-09 12:32:44
      AzMİU Cinema Clubu yeni tədris ilində tələbələrin asudə vaxtlarının maraqlı keçirmələri üçün yenidən filmlər nümayiş etdirməkdə davam edir.
      Cinema Club üzvləri bu dəfə tələbələrin istəyini nəzərə alaraq AzMİU-nun akt zalında Qurban Səidin məşhur əsəri əsasında çəkilən “Əli və Nino” filmini nümayiş etdiriblər. Qeyd edək ki, “Əli və Nino” filminin çəkilişlərinə 2014-cü il başlanılıb.Baş rollarını Elvin Mirzəyev və Nigar Həsənzadənin canlandırıb, filmin əsas çəkilişlər isə Azərbaycan və İranda aparılıb.
      Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) sədr müavini Şahmar Rəfili tələbələrin asudə vaxtlarının birlikdə xoş keçirilməsində Cinema Clubun əhəmiyyətli roluna toxunub. Yeni tədris ilinin ilk film nümayişində Clubun işinə uğurlar arzulayıb.
      Məlumat üçün qeyd edək ki, AzMİU-nun Cinema Clubu universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərir. Cinema Clubda mütəmadi olaraq tələbələr üçün fərqli və maraqlı filmlər semestr boyu hər 2 həftədən bir nümayiş olunur . Bildirək ki, filmə baxmaq istəyən tələbələr filmin biletlərini AzMİU THİK-ə müraciət etməklə əldə edə bilərlər.