Bizi təbrik edirlər!
2017-10-08 20:12:24
          Beynəlxalq Müəllimlər Günü ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədovanın ünvanına təbriklər gəlməkdə davam edir.
          AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun təbrik məktubunda deyilir: “Rəhbərliyiniz altında çalışan onlarla müqəddəs peşə sahibi ilə birlikdə Azərbaycan üçün faydalı gəncləri, peşəkar kadrları yetişdiriyinizə görə cəmiyyət olaraq sizə borcluyuq. Gələcəyimizin baniləri olan siz müəllimləri bir daha təbrik edir, fəaliyyətinizdə, şəxsi həyatınızda bol uğur və nailiyyətlər arzulayıram”.
          Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev də Müəllimlər Günü münasibəti ilə AzMİU-nun professor-müəllim heyətini təbrik edib, çətin və şərəfli fəaliyyətlərində onlara uğur arzulayıb.
          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Memarlar Günü münasibəti ilə AzMİU-nun kollektivini təbrik edib. Təbrik məktubunda deyilir: “Başçılıq etdiyiniz təhsil ocağı Azərbaycan memarlığına yeni-yeni töhfələr verən istedadlı memarlar yetişdirir. Bütün bu uğurlar Sizin danılmaz zəhmətinizin, öz sənətinizə vurğunluğun nəticəsidir. Siz gözəl pedaqoq, ziyalı xanım və məhsuldar alim kimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında uğurla çıxış edirsiniz. Bütün bunlara görə xalq arasında böyük nüfuz qazanmısınız”.
      Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetimizin rektoru, professor Gülçöhrə Məmmədova başda olmaqla bütün kollektivi təbrik edib, müstəqil ölkəmizdə təhsilin inkişafında dəyərli fəaliyyətdə onlara yeni-yeni uğurlar, cansağlığı və xöşbəxtlik arzulayıb.
     “Hörmətli Gülçöhrə xanım! Sizi şərəfli peşə sahibləri-müəllimlərin 5 oktyabr Müəllimlər Günü münasibəti ilə təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərinizdə yeni uğurlar arzu edirik”. Bu sözlər Bakı Biznes Universitetinin rektoru, professor İ.Abbasovun Beynəlxalq Müəllimlər Günü münasibəti ilə AzMİU-nun rektoru Gülçöhrə Məmmədovaya ünvanladığı təbrik məktubunda vurğulanıb.