“Mühəndislik elmində innovativ texnologiyalar” mövzusunda Beynəlxalq Simpozium
2017-09-29 14:27:27
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndislik elmində innovativ texnologiyalar”  adlı Beynəlxalq Simpozium keçirilib. Simpoziumun təşkilatçıları AzMİU ilə yanaşı, Türkiyənin Sakarya  Universiteti və “Akademik Platform” (Türkiyə)  ictimai birliyidir.
     Açılışdan əvvəl universitetin rektorluğu və professor-müəllim heyəti qonaqlarla birgə ümummilli lider Heydər Əliyevin AzMİU-nun həyətindəki büstünün önünə əklil qoyub, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
            Sonra simpozium öz işinə başlayıb. Simpoziumu giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə  elmin inkişafına göstərilən dövlət qayğısından və elmi-texniki tərəqqininin son nailiyyətlərindən danışıb. Tədbirdə iştirak edən qonaqlar  da simpozium iştirakçılarına təbriklərini çatdırıblar. Türkiyənin Sakarya Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Mehmet Sarıbıyık  simpozium iştirakçılarını salamlayaraq, simpoziumun işində uğurlar arzulayıb.
      150-yə yaxın xarici ölkə (Türkiyə, İngiltərə, Macarıstan və s.) və 50 nəfər  ölkəmizi təmsil edən alimlərin iştirak etdiyi Simpoziumda mühəndislik elminin əsas istiqamətləri üzrə son illərdə əldə edilmiş nailiyyətlər məruzə və müzakirə olunub.   
            Simpoziumun plenar iclasında  “Mətanət A” şirkətinin prezidenti Elxan  Bəşirov “Azərbaycanda inşaat materialları sənayesində innovativ texnologiyaların tətbiqi”  mövzusunda  çıxış edib.
          Nahardan sonra  Beynalxalq Simpozium müxtəlif bölmələrdə işini davam etdirib.