Sorbonna Universiteti Abu-Dabi-nin təlimləri davam edir
2017-09-14 12:00:34
       Xəbər verdiyimiz kimi, AzMİU ilə Paris Sorbonna Universiteti Abu-Dabinin birgə əməkdaşlığı nəticəsində sözügedən universitetin professoru Florent Pratlong tərəfindən AzMİU-nun 80 müəlliminə “Universitet sistemində interaktiv təhsil” adlı treyninqlər keçirilir.
      Baku Boulevard otelində keçirilən 4 günlük treyninqlərdə professor universitetdə müasir təlim metodlarının tətbiqi və idarəetmə yolları, tədris və təhsildə keyfiyyətə nəzarət, beynəlxalq təhsil qanunvericiliyi, universitetdə auditoriyanın idarəedilməsində kritik məqamlar, konfliktlər və nəzərə çarpaçaq inkişaf modelləri və s. məsələlərə bağlı geniş prezentasiyalarla çıxış edib.
      Fransalı professorla yanaşı, treniqdə respublikanın əməkdar psixoloqu Həlimə Qəmərlinskaya da AzMİU-nun müəllimləri üçün mühazirələr oxuyub. Təlimlər yekunlaşmaq üzrədir, sentyabrın 15-də təlim iştirakçılarına sertifikatların təqdim olunması gözlənilir.