Meksika səfiri AzMİU-da olub
2017-09-14 10:55:16
13 sentyabda Meksikanın ölkəmizdəki səfiri Rodrigo Labardini Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Meksika səfiri AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
      Görüşdə səfir universitetə gəlişindən məmnun olduğunu bildirib, səfərinin əsas məqsədinin - gələcəkdə AzMİU ilə Meksikanın memarlıq və inşaat universitetlərinin birgə əməkdaşlığını həyata keçirmək olduğunu deyib. R.Labardini qeyd edib ki, gələcəkdə universitetlər arasında əlaqələrin genişlənməsinə nail olmaqla universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi mümkün olacaq.
      Səfir, həmçinin G.Məmmədovanı və universitetin tələbələrini Heydər Əliyev Mərkəzində nümayiş olunan tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin əsərlərindən ibarət sərgiyə baxmağa dəvət edib. Sonda R.Labardini rektora meksikalı rəssamın əsərlərinin yer aldığı kitab hədiyyə edib.