AzMİU-nun nəzdində İnşaat Kolleci və liseyin qəbul nəticələri müsbətdir
2017-09-08 01:49:18
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kolleci 2017-18-ci tədris ili üçün nəzərdə tutulmuş qəbul planını doldurub.
Ümumi qəbul planına uyğun olaraq 350 tələbə İnşaat kollecinə qəbul olunub, bu günə qədər 304 tələbə qeydiyyatdan keçib. Onlardan 292 nəfəri ümumi orta təhsil bazası (9 illik), 58 nəfəri isə tam orta təhsil bazası üzrə təhsil müəssisəsini bitirən məzunlardır. Birincilərdən bu günə qədər 256, ikincilərdən isə 48 abituriyent qeydiyyatdan keçib.
Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən fizika- riyaziyyat təmayüllü liseyi bitirən 11 məzundan 9-u tələbə adını qazanıb.
Liseyi bitirən məzunlar ötən illərdə olduğu kimi bu il də yüksək göstgəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar. Onlardan 4-ü AzMİU-nu seçib doğma universitetdə oxumağı üstün tutub. Liseyin 3 məzunu Türkiyə Respublikasının universitetlərinə üstünlük veriblər, YÖS-lə qəbul olunublar. Digər məzunlar isə Azərbaycan Turizm və Menecment Universitetini və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi adını qazanıblar.
Məlumat üçün onu da bildirək ki, 2017-18-ci tədris ilində liseyə qəbul hələ davam edir. Birinci mərhələdə 13 nəfər liseyə qəbul olunub, ikinci mərhələ sentyabrın 12-də bitir. Liseyə qəbul müsabiqə yolu ilə keçirilir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların azərbaycan bölməsinin  VII, VIII, IX və X sinifərini, rus bölməsinin VIII siniflərini  bitirmiş şagirdlər iştirak edə bilərlər. Müsabiqə sorğu üsulu ilə riyaziyyat, fizika və ingilis dili fənləri üzrə aparılır.