Azərbaycan Memarlıq və İnşaat Universiteti qəbul planını 93 faiz yerinə yetirib
2017-09-07 13:48:30
2017/2018-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ali təhsilin bakalavriat səviyyəsində 8 fakültəsinə 25 ixtisas üzrə 1725 plan yeri ayrılıb. Bu yer üzrə 1607 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 555 nəfəri dövlət sifarişi, 1052 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Göründüyü kimi, bu il AzMİU-nu seçən abituriyentərin sayı keçən illərlə müqayisədə daha da artıb. Keçən il universitetin qəbul planı 84 %, bu il isə 93,2% yerinə yetirilib. Universitetə qəbul aparılan plan yerlərindən 118-i isə boş qalıb. Boş qalan yerlər daha çox rus bölməsi və qiyabi fakültələrdədir.
Qəbul imtahanında ən yüksək bal toplayan Mətanət Qurbanova 650 balla Memarlıq fakültəsinin ingilis dilli qrupuna daxil olub. 500 baldan yüksək yığan 40 nəfər də AzMİU-nu seçib. 14 abituriyent İnşaat, 10 abituriyent Memarlıq, 6 abituriyent Tikinti-iqtisad, 10 abituriyent isə Mexanika və informasiya texnologiyaları fakültəsində təhsil alacaqlar. Universitetimizə qəbul aparılan ixtisaslar üzrə isə ən yüksək nəticə Memarlıq və İnşaat fakültələrində qeydə alınıb. Onu da qeyd edək ki, bu il AzMİU-nun bakalavriyyat səviyyəsində Şəhərsalma və Biznesin idarə edilməsi adlı 2 yeni ixtisas açılıb.