AzMİU əməkdaşları Almaniyanın Berlin şəhərində treyninqlərdə iştirak ediblər
2017-08-10 17:47:02
1-5 avqust tarixlərində universitetimizin nümayəndəri- Tədris işləri üzrə prorektoru Akif Qasımlı, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, Əncnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, Magistratura şöbəsinin müdiri Rövşən Səmədov, Rektorun köməkçisi Orxan Naqdiyev, İmtahan kommisiyasının mütəxəssisi Nigar Abbasova Almaniyanın Berlin şəhərində Paris Sorbonne  universitetinin təşkilatçılığı ilə reallaşmış “Global management in higher education” (Ali təhsildə qlobal idarəetmə) adlı  treyninqlərdə iştirak ediblər. Əməkdaşlarımız 4 günlük treyninqlərdə uğurla iştirak edərək universitetimizi layiqincə təmsil etmiş və eləcə Almaniyanın bir neçə aparıcı universitetlərini də ziyarət etmişdirlər. Eyni zamanda universitet nümayəndələri Berlindəki Azərbaycan Səfirliyinə də baş çəkilər.