AzMİU əməkdaşı İtaliya universitetində canlı yayımda mühazirə deyib
2017-07-25 14:53:38
           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının müəllimi Hamlet Əliyev İtaliyada canlı yayımda mühazirə deyib.
           İnternational Telematica Uninettuno Universitetində baş tutan bu çıxış "Binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı" layihəsi çərçivəsində gerçəkləşib. AzMİU-nun müəlliminin çıxışı yaxın iki həftə ərzində videodərs şəklində dünyanın bir neçə ölkəsinə yayımlanacaq.