SABAH qrupunun tələbələri yay təcrübəsində
2017-07-14 17:21:48
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupu tələbələri universitetin sıx əməkdaşlıq etdiyi Paşa Holding şirkətinin təşəbbüsü ilə 1-15 iyul tarixindən etibarən istehsalat təcrübəsinə cəlb olunublar. Respublika Travmotologiya xəstəxanası binasının restavrasiya prosesində iştirak edən tələbələrimiz təcrübə günlərində tikinti prosesi ilə tanış olub, görülən işləri yaxından izləmək imkanı əldə ediblər.
         AzMİU-nun Starteji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən istehsalat təcrübəsi artıq yekunlaşmaq üzrədir. İstehsalat təcrübəsinin maraqlı keçdiyini qeyd edən tələbələr bu günlər ərzində praktik bilgiləri daha da təkmilləşdirdiklərini, seçdikləri ixtisasın incəlikləri ilə bağlı məqamları əyani şəkildə görmək imkanı əldə etdiklərini deyiblər. Onlar nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsinin vacibliyini, birbaşa istehsalat və tikinti obyektlərində təcrübə keçmələrini öz ixtisas biliklərinin daha da təkmilləşməsində əvəzsiz rol oynayacağını vurğulayıblar.