Tələbələrimiz Türkiyədə təcrübə proqramında iştirak edəcəklər
2017-07-10 14:20:35
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə əməkdaşlığı çərçivəsində bu il 22 tələbəmiz sözügedən idarədə iki həftəlik stajkeçmə proqramında iştirak edəcək.
Memarlıq, İnşaat, İnşaat-texnologiya, Tikinti-iqtisad, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin tələbələri AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova və Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimovun və rəhbərliyi ilə iyulun 16-dan 31-dək İSKİ-nin nəzdində olan müxtəlif qurumlarda təcrübə keçəcəklər. Onlar ixtisaslarına uyğun olaraq müxtəlif obyektlərdə iş prosesi ilə tanış olacaq və texniki gəzinti proqramlarında iştirak edəcəklər. Proqramı uğurla başa vuran tələbələrə sonda sertifikatlar təqdim olunacaq.
Məlumat üçün onu da qeyd edək ki, universitetimiz İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) ilə 2007-ci ildən əməkdaşlıq edir. Tələbələrimiz hər il həmin qurumun müxtəlif idarələrində təcrübə proqramında iştirak edir.