Millət vəkilləri məzunlarımızı təbrik ediblər
2017-07-06 13:01:57
            Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən Məzun Günündə Milli Məclisin üzvləri – parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitəsinin sədr müavini Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Qadınlar Şurasının sədr müavini, beynəlxalq əlaqələr şöbəsini müdiri Sevinc Fətəliyeva  tələbələrin görüşünə gəlib. Bu xoş və unudulmaz gündə onların sevincinə şərik olan millət vəkillərimiz təhsildə, universitetin ictimai işlərində fərqlənən tələbələrimizə diplom və mükafatlar təqdim ediblər.
          AzMİU-nu 1980-ci ildə bitirən Fəxri məzunumuz Aydın Mirzəzadə məzunları təbrik edib, onlara karyeralarında uğurlar arzulayıb. Millət vəkili Sevinc Fətəliyeva öz növbəsində gənclər məzun olmaları münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində şans diləyib. Deputat Hikmət Babaoğlu da gənclərə öz məsləhətlərini verib, təhsil aldıqları universitetin adını həmişə, hər yerdə ucaltmağı tövsiyə edib. Sonra onlar universiteti fərqlənmə diplomu ilə bitirən tələbələrə diplomlar verib, onlarla xatirə şəkli çəkdiriblər.