AzMİU YAP Qadınlar Şurasının üzvləri Psixonevroloji Uşaq Evində olub
2017-06-16 14:16:28
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) YAP Qadınlar Şurasının üzvləri 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Nərimanov rayonunda yerləşən Psixonevroloji Uşaq Evində olublar.
      Psixonevroloji Uşaq Evində fiziki və əqli qüsuru olan uşaqlar müalicə alırlar. Daha çox serebrial iflic, autizm, əqli gerilik və daun sindromlu xəstəliklərindən əziyyət çəkən uşaqlar burda müalicə olunur və reabilitasiya keçirlər. Uşaqlar evini ziyarət edən AzMİU-nun əməkdaşları uşaqlara lazım olan tibbi ləvazimat, ərzaq və oyuncaqlar aparıblar. Uşaqlarla görüşən qonaqlar onlarla söhbətlər ediblər, xüsusi diqqət və qayğı göstəriblər.