Lester universitetinin mütəxəssisləri AzMİU-da pulsuz kurslar keçirir
2017-06-16 13:44:13
      Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Böyük Britaniyanın aparıcı universitetlərindən biri olan Lester Universiteti ilə əməkdaşlığını davam etdirir. Universitetlərimiz British Council tərəfindən dəstəklənən “English for Engineers” (Mühəndislər üçün ingilis dili) adlı layihəyə grant qazanıblar. Layihənin məqsədi ingilis dilində dərs deyən müəllimlərin texniki ingilis dilinin bilik səviyyəsini artırmaqdır.
      Bu məqsədlə AzMİU-da Lester universitetinin mütəxəssisləri tərəfindən ingilis dilində dərs deyən müəllimlərə pulsuz kurslar keçiriləcək. Artıq iyunun 12-dən bu prosesə start verilib, kurslarda dərslər başlayıb 17 iyunadək davam edəcək. Öncədən mütəxəssilərlə müsahibədən keçərək seçilən müəllimlər kursda iştirak etmək hüququ qazanıb. Kursu bitirən müəllimlər Lester universitetinin sertifikatını əldə edəcəklər.