Nəqliyyat fakültəsinin bir qrup heyəti 15 iyun –Milli Qurtuluş Günü münasibəti ilə ekskursiya təşkil etmişlər.
2017-06-16 13:32:22
           14 iyun tarixində Nəqliyyat fakültəsinin bir qrup heyəti xalqımızın həyatında mühüm rol oynayan, əlamətdar günlərdən biri olan 15 iyun –Milli Qurtuluş Günü münasibəti ilə ekskursiya təşkil etmişlər. İlk öncə bu günün səbəbkarı ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Daha sonra Nəqliyyat fakültəsinin əməkdaşı Axundova Zeynəb və fakültənin fəal tələbələri müasir Bakının rəmzi olan Heydər Əliyev mərkəzində olublar. Tələbələrə bu günün əhəmiyyətindən danışılıb və muzeydə tələbələr xalqımızın xilaskarı olan dahi şəxsiyyətin həyatını əks etdirən eksponatlarla tanış olub. Günün sonunda tələbələr hazırladıqları bayraq kompozisiyası ilə bu günün sevincini nümayiş ediblər. Heydər Əliyev gənclər siyasətinə daima önəm vermişdir və bizim borcumuz da vətənimizə , xalqımıza layiqli gənclər olmaq, xalqımızın həyatında xüsusi rol oynayan bu əlamətdar günləri qeyd etməkdir. 
Sən daima zirvədə olacaqsan, Azərbaycan!!!