AzMİU-da Qurtuluş Gününə həsr olunan fləşmob keçirilib
2017-06-13 14:52:07
AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan fləşmob keçirilib.
       Fləşmobdan öncə AzMİU TGT-nin sədri İlahə Həsənova  AzMİU TGT-nin təşəbbüsü ilə hazırlanan bu fləşmobda məqsədin tələbələr arasında vətənpərvərlik hissinin artırılmasına və eyni zamanda, qeyd olunan milli bayramların sadecə təqvim bayramı kimi deyil, böyük ictimai, siyasi və tarixi bir gün olduğunu diqqətə çatdırmaq olduğunu söyləyib.
     Vətənpərvərlik mövzusunda hazırlanan fləşmobda AzMİU-nun 50 tələbəsi  iştirak edib.Onlar hərbi formalar geyinib, rəqslər ifa ediblər.
      Daha sonra AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Fuad Hümbətov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məşhur kəlamı olan "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!" şüarını səsləndirib. Tələbələr Qurtuluş Gününə hərs olunan fləşmoba  böyük maraq və həvəslə qatılıblar.