Əməkdaşlarımız Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsil–Elm–Start up innovasiya modeli” adlı tədbirdə iştirak ediblər
2017-06-05 14:47:00
 Strateji planlaşdırma şöbəsinin əməkdaşları 5 iyun tarixində Valeriya Konyuxova və Elvina Zamanlı Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsil–Elm–Start up innovasiya modeli” adlı tədbirdə iştirak ediblər. Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq hazırlanmış “Təhsil – Elm –Start up innovasiya modeli” adlı layihə həmin Komissiya tərəfindən qəbul olunub və icraya götürülüb. Layihə üzrə Avropa Komissiyası tərəfindən 5-6 iyun 2017-ci il tarixlərində Bakı şəhərində müvafiq seminarın keçirilib. Seminarda Avropa ölkələrinin aparıcı ekspertləri ölkəmizdə “Təhsil–Elm–Start up innovasiya modeli”nin qurulması, gənclərin innovativ elmi ideyalarının biznes layihələrinə çevrilməsi, biznes inkubatorlarının və vençur fondlarının yaradılması və bu modelin inkişafı üçün lazım olan prosedur qaydalar haqqında mühazirələrlər təqdim olunub. Eyni zamanda əməkdaşlarımız onları maraqlandıran mövzularda ekspertlərə suallar ünvanlayıblar.