AzMİU-nun rektoru “Tələbələrin dostu” fəxri adına layiq görülüb
2017-05-30 12:34:15
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə Məmmədova tələbələr arasında keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, “Tələbələrin dostu” seçilib.
      Azmiu.az saytı və AzMİU-nun rəsmi sosial şəbəkə hesabında (facebook) keçirilən sorğudan, sayta, həmçinin səhifəyə daxil olan çoxsaylı müraciətlərdən görünür ki, tələbələr universitetdə rektor-tələbə münasibətindən, universitetdə yaradılan sağlam təhsil mühitindən çox razıdırlar. Sorğunun nəticələrinə görə, tələbələrin rektorla görüşmək və problemlərini çatdırmaq imkanları kifayət qədər asandır. Tələbələr qeyd edirlər ki, Gülçöhrə xanım həmişə tələbələrin xeyrinə qərarlar verir, buna nümunə kimi rektorun kəsiri olan tələbələr üçün təkrar imtahanların keçirilməsi, ötən ildən alt dərslərin ödənişsiz olması barədə qərarlarını göstərirlər. Eyni zamanda rəylərdə vurğulanır ki, rektor semetr imtahanlarının şəffaf , obyektiv keçirilməsini xüsusi nəzarətdə saxlayır.