Nəqliyyat fakültəsinin təşəbbüsü ilə 28 May – Respublika Günü münasibəti ilə “Vətən mənim and yerim” adlı tədbir keçirilib.
2017-05-23 16:28:52
        Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin təşəbbüsü ilə 28 May – Respublika Günü münasibəti ilə “Vətən mənim and yerim” adlı tədbir keçirilib.
       Tədbir Azərbaycanın dövlət himni səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Universitetin Tədris İşləri üzrə prorektoru dos.Akif Qasımov 28 may - Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Prorektor Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkənin cəmi 23 ay  müstəqil olduğundan, əldə edilmiş bu azadlığın xalqımızın böyük mübarizəsinin nəticəsində əldə edildiyindən danışıb.  Prorektor  bildirib ki,  Cümhuriyyətin varlığına son qoyulduqdan sonra Azərbaycan 70 illik əsarət dövrü yaşadı və nəhayət, Azərbaycan 1991-ci ildən öz müstəqilliyini yenidən bərpa edib, demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazandı. Bu uğurların əldə edilməsində, müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük rolu var və bu gündə bu uğurlu yolu ölkə başçısı İlham Əliyev layiqincə davam etdirir.
        Sonra  çıxış edənlər Ağsaqqallar şurasının sədri Bəhram Avılov və Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə Cümhuriyyətinin yaranması və fəaliyyətindən ətraflı bəhs ediblər, müstəqilliyin qazanılmasında xalqımızın üzləşdiyi çətinliklərdən və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışıblar.
    Daha sonra Nəqliyyat fakültəsinin əməkdaşı  Zeynəb Axundova və fakültənin 3 kurs tələbəsi, TGT-nin fakültə üzrə sədri Firuzə Şixalıyeva tədbir iştirakçılarına AXC-nin milli azadlıq mübarizəsindən bəhs ediblər, siyasi fəaliyyəti istiqamətində görülən işlərdən söz açıblar. Həmçinin tədbirdə intelektual yarışda keçirilib.
    Fakültənin əməkdaşı, həmçinin Nəqliyyat fakültəsi tələbəsi  Firuzə Şixalıyevanın layihə rəhbəri olduğu "Hər kitab bir gələcəkdir" adlı layihə barədə də tədbir iştirakçılarına məlumat verib,  layihədən bəhs edən şəkillər nümayiş olunub. Zeynəb Axundova gələcəkdə də layihənin davamlı olacağını qeyd edib.
   Tədbirdə Universitetin professor-müəllim heyəti, ictimai təşkilatların nümayəndələri, tələbələr də iştirak ediblər.
   Sonda, fakültənin fəal tələbələrinin hazırladıqları video-çarxa baxılıb, tələbələrin ifasında şeirlər səsləndirilib,  Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, “Sən elə bir zirvəsən” musiqiləri ifa olunub