"Nəqliyyat" fakültəsinin bir qrup heyeti Universiteti təbliğ və "Hər kitab bir gələcəkdir" adlı layihəni təqdim etmək üçün Ağdaş rayonuna səfər ediblər.
2017-05-19 15:58:46
Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Nəqliyyat" fakültəsinin bir qrup heyeti Universiteti təbliğ və "Hər kitab bir gələcəkdir" adlı layihəni təqdim etmək üçün Ağdaş rayonuna səfər ediblər. Nəqliyyat fakültəsi dekanlığının işçisi Zeynəb Axundovanın təşkilatçılığı ilə baş tutan səfərdə fakültənin əməkdaşı Əmrah Vahabzadə , layihə rəhbəri və Fakültə Gənclər Təşkilatının sədri Firuzə Şixalıyeva, fakültənin THIK- sədri İlham Kazımov və digər aktiv tələbələri Məmmədzadə Adil ve Şirinov Cavad iştirak ediblər. Layihə Ağdaş rayonunun iki ucqar kənd orta məktəbində keçirilib. Layihənin məqsədi ucqar kəndlərdə təhsil almaq imkanı olmayan şagirdləri dərs vəsaiti ilə təmin etmək, hal-hazırda tələbə adını qazanmış gənclərdən imtahan vaxtı istifadə etdiyi vəsaitləri toplayıb məktəblilərə çatdırmaqdır. Kotavan və Ağzıbir kənd orta məktəblərində olan heyət topladığı kitabları məktəbin kitabxanasına təqdim edib . Universitet və layihə haqqında məktəbin direktoruna ayrılıqda məlumat verilib və həmçinin məktəbin 9-10-11-ci sinif şagirdləri ilə görüşlər keçiriblər.
Universiteti layiqincə təmsil edən və layihəni uğurla həyata keçirən təşkilatçılar layihəni növbəti tədris ilində də davam etdirəcək və Azərbaycanın digər ucqar kəndlərinə səfər edib məktəblilər dəstək olacaqlar. Bu yolda onlara uğurlar diləyirik. Hər məktəblinin təhsil almağa haqqı var və onlara dəstək olmaq hər birimizin borcudur. Onlar bizim gələcəyimiz olduğu üçün "Hər kitab bir gələcəkdir".
Layihədə dəstəyinə görə Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aslanov Bayram və sədr müavini Şahmar Rəfiliyə  təşəkkür edirik.