AzMİU-nun müəllimi Litva və Polşa universitetlərində mühazirələr oxuyub
2017-05-22 13:16:48
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2016-2017-ci illər üçün Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus +” proqramı çərçivəsində Litvanın “Vilnius Gediminas Texniki Universiteti” və Polşanın “University Technologiczno Przyrodniczy” təhsil ocaqlarında Azmiu əməkdaşları dərs demək üçün ezam olunmuşlar.
 
24-28 Aprel 2017-ci il tarixlərində Litvadakı “Vilnius Gediminas Technical University”-də “Dinamikanın əsasları və Binaların zəlzələyə qarşı davamlılığı” və 8-12 May 2017-ci il tarixlərində Polşanın “University Technologiczno Przyrodniczy” təhsil ocağında “Polad Konstruksiyalı Binaların Seysmik Effektivliyi və Zəlzələyə effektivliyini nəzərə alaraq dizayn olunması” mövzularında mühazirə oxumuş Azərbaycanlı müəllim Rəşad Nurəliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin gənc müəllimi və Universitetin “Erasmus +” mübadil proqramının Coordinatoru olaraq hər iki universitetdə təmsil olunmuşdur.
 
Bundan əlavə iştirakçısı olmuş hər iki universitetlə “Erasmus +” proqramının davamlı şəkildə davam etdirilməsi mövzusunda Pro-rektor və Rektorla həmsöhbət olmuş əməkdaşımız “VGTU” və “UTP” Universitetləri ilə ikili diplom proqramlarının başladılması haqqında danışıqlar aparmışdır.
 
AzMİU 2013-cü ildən başlayaraq “Erasmus – Mundus” daha sonra isə 2014-cü ildən “Erasmus+” universitetlər arası bağlantısı əsasında Avropanın 10-a yaxın universiteti ilə sıx əlaqədədir. Onlar arasında Fransanın – Montpellier University, İtaliyanın – “Pavia University”, “Politecnico Di Milano”, Litvanın “Vilnius Gediminas Technical University”, Polşanın “University Technologiczno Przyrodniczy” və Türkiyənin “Middle East Technical University”-nin adını çəkə bilərik. Bu siyahı hər yeni akademik il üçün yenilənir və tələbələrin o cümlədən müəllimlərin mübadilə proqramlarında iştirakına şərait yaradılır.