AzMİU-da təhsil alan tələbələr AzMİU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar
2017-05-19 17:31:54
      Mayın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar universitetdə təhsil alan tələbələr AzMİU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.
      THİK-in sədr müavini Şahmar Rəfili çıxış edərək məlumat verib ki, AzMİU-nun nəzdində fəaliyyət göstərən və ulu öndərin adını daşıyan muzey ulu öndərin xatirəsinə həsr edilib, Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto, video materiallarla zəngindir.
      İnşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova “Heydər Əliyev və gənclik” adlı çıxışında ölkənin inkişafı,dövlətçiliyinin yüksəldilməsində Heydər Əliyev dəsti-xəttinin olduğunu, ümummilli liderin hakimiyyətdə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğısından söz açıb. O, ulu öndərin milli kadrların yetişdirilməsindəki müstəsna rolunu qeyd edib.
      Daha sonra Muzeyin direktoru Gülmira Məmmədova çıxış edərək məlumat verib ki, AzMİU-nun nəzdində yerləşən muzey ulu öndər Heydər Əliyevin 90 illik yubleyi münasibəti ilə 11 dekabr 2013-cü il tarixində açılıb. Heydər Əliyev Muzeyinin AzMİU-da təhsil alan tələbə gənclərin ulu öndərin zəngin irsinin öyrənilməsi baxımından mühüm rol oynadığında danışıb. Muzey direktoru, həmçinin ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər, irimiqyaslı quruculuq layihələri, foto və video materialların elektron lövhələrlə interaktiv formada tələbə, şagird və müəllimlərə çatdırıldığını qeyd edib. Muzeydə yerləşən monitorların dövrlərə görə 4 yerə bölündüyünü: Sovet dövrü, müstəqilliyin ilk dövrü, müasir dövr və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş layihələrin (Flame Towers, Heydər Əliyev Mərkəzi, Crystall Hall, Ağ şəhər və s.) əksini tapdığını, muzeyin daxilində yerləşən böyük manitorda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlərin nümayiş olunduğu barədə tələbələrə məlumat verib.
      Sonra tələbələr Muzeyin daxilində yerləşən Sərgi salonu ilə tanış olublar.
      Məlumat üçün bildirək ki, Heydər Əliyev Muzeyi ilə universitet tələbələrin tanışlığı davamlı olacaq, gələcəkdə digər universitetlərin tələbələrinin də muzeylə tanışlığı nəzərdə tutulub.