AzMİU-nun 3 tələbəsi Türk Keneşi, Türk Universitetlər Birliyinin birinci idman oyunlarında universiteti təmsil edib
2017-05-17 15:39:18
       Mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanovun rəhbərliyi ilə AzMİU-nun 3 idmançı tələbəsi Qırğızıstan-Türk Manas universitetinin təşkil etdiyi Türk Keneşi, Türk Universitetlər Birliyinin birinci idman oyunlarında iştirak ediblər.
      Türk Keneşi Türk Universitetlər Birliyinin birinci idman oyunlarının açılış mərasiminə Türk Keneşi təmsilçisi, layihə direktoru Asan Mazhitov da qatılıb.
      Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə universitetlərindən 200-dən çox iştirakçının qatıldığı oyunlar 19 may tarixinə qədər davam edəcək.