AzMİU-nun tələbələri “Şöhrət” muzeyində olublar
2017-05-17 15:34:52
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyində olublar.
      Ekskursiya zamanı muzeyin əməkdaşı tələbələrə "Şöhrət" muzeyi barədə geniş məlumat verərək bildirib ki, muzey ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını,... Azərbaycan gəncliyinin ulu öndərin amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılıb. Muzeydə yer alan eksponat və stendlərdə ümummilli liderin həyat və fəaliyyəti, ömür yolu, dövlət təhlükəsizlik orqanlarındakı iş dövrü, onun şəxsən həyata keçirdiyi əməliyyatları fotoşəkillər, sənədlər, arxiv materiallarda nümayiş olunur.
      AzMİU-nun tələbələri, həmçinin muzeyin bölmələrində müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müxtəlif illərdə aldığı orden və medalların, fəxri fərmanların, dövlət mükafatlarının və s. orijinal və ya surətlərinin nümayiş olunduğu stendlərə də baxıblar.
      Tələbələr muzeylə ətraflı tanışlığından sonra ulu öndərin muzey qarşısında ucaldılmış abidəsi önündə xatirə şəkli çəkdiriblər.