AzMİU-nun tələbəsi 11-ci Beynəlxalq MEB robot yarışında iştirak edib
2017-05-15 08:47:57
      Bu yaxınlarda Türkiyənin Konya şəhərində Türkiyə Cumhuriyyəti Milli Eğitim Bakanlığının təşkilatçılığı ilə Büyükşehir Belediyesi Spor və Kongre Mərkəzində 11-ci Beynəlxalq MEB robot yarışı keçirilib. MEB robot yarışında AzMİU-nu Mexanika və informasiya texnologiyaları fakültəsinin (MİT) tələbəsi Namət Məmmədzadə təmsil edib. O, “Spider Bot” adlı robot hazırlayıb və yarışda universiteti hazırladığı robotla təmsil edib. Eyni zamanda N. Məmmədzadə universitetin informasiya kommunikasiya texnologiyaları ( İKT) şöbəsinin əməkdaşıdır.