AzMİU-da Heydər Əliyev “Azərbaycan tarixinin memarıdır” mövzusunda açıq dərs keçirilib
2017-05-11 21:49:14
      Bu yaxınlarda AzMİU-nun İctimai fənlər kafedrasının təşəbbüsü ilə İctimai fənlər kafedrasının müəllimi Gülarə Abbasova Su təsərrüfatı və Mühəndis kommunikasiya sistemləri (ST və MKS) fakültəsində Heydər Əliyev “Azərbaycan tarixinin memarıdır” mövzusunda tələbələrə açıq dərs keçib.
      Açıq dərsdə İctimai fənlər kafedrasının müəllimi müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, Azərbaycançılıq ideologiyasının banisi, Azərbaycan milli özünüdərk prosesinin idarəedicisi ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verib.
      Fakültənin tələbələri ulu öndərin həyatı, Azərbaycan tarixindəki rolu, Azərbaycan xalqı qarşısında xilaskarlıq xidmətləri , idarəçilik və dövlətçilik fəaliyyəti haqqında çıxışlar ediblər.
      Dərsdə universitetin ST və MKS fakültəsinin dekan müavini Mansur Zərbəliyev, dekanlığın nümayəndəsi Hamlet Əliyev, İctimai fənlər kafedrasının müəllimləri də iştirak ediblər.