Fizika - riyaziyyat təmayüllü liseydə ulu öndərin xatirəsi anılıb
2017-05-11 21:26:55
           Mayın 10-da AzMİU-nun nəzdində fəaliyyət göstərən Fizika - riyaziyyat təmayüllü liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ömür yolları” adlı tədbir keçirilib. Liseyin tarix müəllimi Aygün Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin şagirdləri Heydər Əliyevin  xatirəsini yad ediblər, Azərbaycanın dövlət himnini oxuyublar.
       Tədbirdə liseyin 10-cu sinif şagirdi Murad Mirizadə, 11-ci sinif şagirdi Xanım Məmmədova Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən,  Azərbaycan təhsilinə olan qayğısınını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
     Liseyin şagirdləri – Sevinc Qəmbərova, Vaqif  Əliyev, Xanım Məmmədova Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda  8-ci sinif şagirdi Kənan Cəfərovun hazırladığı video-çarx təqdim olunub.