İSKİ-də yay təcrübə proqramı elan olunur!
2017-05-11 16:22:33
İstanbul Böyük Şəhər Bələdiyyəsi 16-31 iyul 2017-ci il tarixlərində İstanbul Su və Kanalizasiya İdarəsində (İSKİ) iki həftəlik stajkeçmə proqramı elan edir.
Proqramda ST və MKS, İnşaat-texnologiya, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Memarlıq, İnşaat, Ekologiya və Tikinti-iqtisad fakültəsi III kurs bakalavr və I kurs magistr tələbələrinin iştirakı arzu olunur.