AzMİU-da aprel şəhidlərinə həsr olunan açıq dərs keçirilib
2017-05-11 15:30:36
      Mayın 5-də AzMİU-nun Əcnəbi dillər kafedrasının baş müəllimi Səbinə Qasımova İnşaat fakültəsində açıq dərs keçib. Açıq dərs aprel döyüşləri zamanı şəhid olan hərbi qulluqçulara həsr olunub.
      Aprel döyüşləri şəhidlərinə həsr edilən açıq dərs təqdimat xarakterli və səhnəciklərlə təqdim edilib.Tələbələrin dərsdə aktiv iştirakı, ingilis dilində çıxışları dərsi izləyən qonaqlarda müsbət rəy yaradıb.
      Açıq dərsdə Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, kafedranın müəllimləri də iştirak ediblər.
      Xatırladaq ki, Əcnəbi dillər kafedrasının müəllimləri mütəmadi olaraq fakültələrdə açıq dərslər təşkil edirlər.