AzMİU-da "Zəmanəmizin dahi azərbaycanlısı" adlı tədbir keçirilib
2017-05-11 12:59:55
      Mayın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə "Zəmanəmizin dahi azərbaycanlısı" adlı tədbir keçirilib.
      Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
      Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov çıxış edərək ulu öndərin gənclərə olan qayğı və diqqətindən söz açıb, milli kadr potensialının artırılması yolunda ümummilli liderin apardığı işləri tələblərin diqqətinə çatdırıb. Prorektor keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, TGT-nın təşəbbüsünü yüksək qiymətləndirib.
      Fakültələrarası müsabiqədə ulu öndərin həyat və fəaliyyətini əks etdirən tələbələrin qısa çıxışları dinlənilib, universitetin prorektor və dekanlarında ibarət müsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı çıxışçılar müəyyənləşdirilib.
      Daha sonra tədbir tələbələrin musiqili ifaları ilə davam edib, keçirilən müsabiqədə 1,2,3 yerləri tutan tələbələrə diplomlar, digər iştirak edən tələbələrə isə fəxri fərman və təşəkkürnamələr verilib.
      TGT sədri İlahə Həsənova çıxış edərək ulu öndərə həsr edilən tədbirin əhəmiyyətindən danışıb, fakültələrarası keçirilən müsabiqədə yer tutan tələbələri təbrik edib.
      Sonda Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə həsr olunan “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.