Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər edib
2017-05-10 18:10:41
       Aprelin  29-da  Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər ediblər. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU),  Azərbaycan Texniki Universitetinin (ATU) professor-müəllim heyəti daxildir. Respublikamızdan gedən nümayəndə heyətinə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova başçılıq edir.
        Azərbaycan Universitetlərinin nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıb. Səfərin ilk günü Dövlət Departamentində görüş təşkil edilib, səfərin məqsəd və proqramı barədə müzakirələr aparılıb.
       Səfərin birinci günü nümayəndə heyəti Nyu-York Texniki Universitetində olublar. Burada nümayəndə heyətini universitetin prezidenti dr. Rahmat Şaruhi başda olmaqla dekanlar və professor-müəllim heyəti qarşılayıblar. Görüş zamanı universitetlə tanışlıq, qarşılıqlı mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra heyət Nyu-York  Phantom Opera Teatrında tamaşada olublar. Səfərin ikinci günü Nyu-York Memarlıq Məktəbində görüş keçirilib. Burada qarşılıqlı fikir mübadiləsindən  sonra nümayəndə heyəti tədris prosesi və laboratoriyalarla tanış olublar. Günün ikinci yarısında Nyu-Cersi ştatında yerləşən Nyu-Cersi Texnologiya Universitetində görüş təşkil edilib. Burada heyəti universitetin vitse-prezidenti başda  olmaqla məsul şəxslər qarşılayıblar. Nyu-Cersi Texnologiya Universiteti ilə tanışlıqdan sonra qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
       Daha sonra nümayəndə heyəti Miçiqanın Kalamazu şəhərinə yola düşüblər. Onlar burada yerləşən Kimya Kollecinin innovasiya mərkəzində, Mühəndislik  Kollecində, Kalamazu Kommuniti Kollecində və Miçiqan Universitetində olublar. Səfər zamanı universitetlərlə tanışlıq, qarşılıqlı əlaqə və fikir mübadiləsi aparılıb.
     Xatırladaq ki, nümayəndə heyətinin səfəri ABŞ-da davam etməkdədir. Növbəti gün heyətin Texas ştatının Hyuston şəhərində yerləşən Universitetlərinə səfəri nəzərdə tutulub.