Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümü ərəfəsində universitetimizdə təhsil alan əcnəbi tələbələr “Qocalar evi”ndə olublar
2017-05-10 17:28:32
   Universitetdə təhsil alan əcnəbi tələbələr xeyriyyə tədbirlərində fəal iştirak edirlər.Dəfələrlə uşaq evlərinə  gedən əcnəbi  tələbələr Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümü ərəfəsində Bilgəh qəsəbəsindəki “Qocalar evi”ni ziyarət etdilər.130 sakin üçün milli mətbəximizin şah yeməyi olan plov,meyvə-tərəvəz və şirniyyat süfrəsi açıldı və qocalar tərəfindən çox bəyənildi.Əcnəbi tələbələrin ifasında səslənən musiqi nömrələri onların əhval ruhiyyəsini qaldırdı,qocaların üzlərində minnətdarlıq və sevinc hisləri var idi.Əcnəbi tələbələr sakinlərlə ürək söhbətləri apararaq onların arzu və sitəklərini dinlədilər.
  Hər dəfə bu tipli tədbirlərdən sonra gənc nəslin həyata baxışı dəyişir.Bunu yaşatmaq insanlığa mənəvi dəstək verir.
  “Qocalar evinin “ rəhbərliyi və sakinləri bu gözəl təşəbbüs üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.