AzMİU-nun tələbəsi Rəvan Cavidin növbəti kitab təqdimatı baş tutub
2017-05-08 16:30:24
Mayın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Everest  kitab klubunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin gənc üzvü, AzMİU-nun İnşaat fakültəsinin 2-ci kurs tələbəsi Rəvan Cavidin “7” adlı şeirlər kitabının növbəti təqdimatı baş tutub.
   AzMİU-nun nəzdində fəaliyyət göstərən Everest kitab klubunun rəhbəri İdris Əmrahov tələbələrə gənc şairin nəşr olunan yeni kitabı barədə ətraflı məlumat verərək bildirib ki, kitabda müxtəlif məzmunlu şeirlər toplanıb və bu kitab gənc şairin geniş auditoriyaya təqdim etdiyi ilk kitabıdır.
   Sonda təqdimatda iştirak edən 3 tələbəyə R.Cavidin “7” adlı şeirlər kitabı hədiyyə edilib.