AzMİU-da Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
2017-05-05 23:23:12
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
           Tədbiri giriş sözü ilə açan AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində böyük tədbirlər keçirilir. Bu tədbirlərdə xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsi yad edilir, onun  idarəçilik və dövlətçilik fəaliyyətinə yüksək qiymət verilir. Prorektor Heydər Əliyevin Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərinin olduğunu, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdiyini vurğulayıb. O, H.Əliyevin Azərbaycanın təhsili və mədəniyyətinin inkişafındakı xidmətlərindən də söz açaraq qeyd edib ki, ulu öndər bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına sərf edib. A.Şərifov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müdrik və mütərəqqi siyasətini uğurla davam etdirdiyini, dövlətimizin daha da gücləndirilməsi və beynəlxalq aləmdə siyasi nüfüzunun yüksəldilməsi istiqamətində çalışdığını vurğulayıb.
         AzMİU Ağsaqqallar Şurasının sədri, İctimai fənlər kafedrasının dosenti Bəhram Avılov  bildirib ki, bu gün xalqımız firavan, azad, xöşbəx həyatı üçün ulu öndər Heydər Əliyevə minnətdardır. Ötən əsrin sonlarına doğru baş verən məlum hadisələrdə Azərbaycanı vətəndaş müharibəsindən xilas edərək daxili ictimai-siyasi sabitliyi təmin edən, müstəqilliyimizi möhkəmləndirən, gələcəyimizə təminat yaradan qüdrətli siyasi xadim Heydər Əliyev olmuşdur. Vurğulanıb ki, bu dahi şəxsiyyət respublikamızı məhv olmaq təhlükəsindən xilas edib, ölkəni xaos və böhrandan qurtarıb, vətəndaş müharibəsinin qarşısını alıb, ölkədə sabitliyə nail olub. O, qeyd edib ki, məhz ümummilli lider Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin edən düzgün siyasi kursu müəyyən edərək onu böyük məharət və uzaqgörənliklə həyata keçirib. Ulu öndərin Aərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdiyini vurğulayan B.Avılov bildirib ki, Azərbaycan yaşadıqca Heydər Əliyev yaşayacaq, Ulu Öndərin adı hər zaman onunla qoşa çəkiləcək.
          Tədbirdə çıxış edən digər natiqlər də Heydər Əliyevin əvəzsiz xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət quruculuğu və ictimai-siyasi sabitliyin qorunması sahəsindəki yorulmaz fəaliyyətindən söz açıblar.