AzMİU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir
2017-05-05 22:57:25
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  İnşaat-texnologiya (İT) və Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsində  də ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş silsilə tədbir keçirilib. Tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
          İT fakültəsinin dekanı Tahirə Haqverdiyeva  və çıxış edən natiqlər görkəmli siyasi xadim, müdrik dövlət rəhbəri Heydər Əliyevin  xalqımızın zəngin ictimai-siyasi fikir və çoxəsrlik dövlətçilik tarixində  xüsusi yeri və mövqeyi olduğunu, ölkəmizin inkişafı, dövlətimizin gücləndirilməsi, xalqımızın elmi-intellektual səviyyəsinin yüksəldilməsi və dünya miqyasında tanınması üçün hər zaman səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirdiyini tələbələrin diqqətinə çatdırıblar.
      MİT fakültəsində keçirilən tədbirdə də  ümummilli liderin  mənalı və şərəfli ömür yoluna nəzər salınıb, onun Azərbaycan üçün gördüyü  genişmiqyaslı işlərdən söz açılıb. Ulu öndərin ölkəmiz, xalqımız üçün dəyərli, əvəzsiz lider olduğunu vurğulayıblar. Fakültənin dekan əvəzi Telman Aslanov, dekan müavini Nəsibə Əmirbəyova, THİK-in sədri Bayram Aslanov, TGT-nin sədri İlahə Cəfərova gəncləri Heydər Əliyev ideyalarına sadiq olmağa, dövlətçiliyimizi qorumağa, xalqımızın, dövlətmizin gələcəyi, inkişafı naminə birləşməyə çağırıblar.
        Silsilə tədbirlərdə  ulu öndərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib,  sonda  İT və MİT  fakültəsi tələbələrinin təşəbbüsü və əməyi ilə ərsəyə gəlmiş Heydər Əliyevə həsr olunan film nümayiş olunub.