AzMİU-nun tələbələri "Məktəblinin dostu" layihəsi barədə məlumatlanıb
2017-05-04 20:37:34
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi barədə tələbələri məlumatlandırmaq məqsədi ilə tədbir keçirilib.
      Tədbirdə "Məktəblinin dostu" layihəsinin koordinatoru Fərrux Hüseynov çıxış edərək tələbələrə pilot layihə barədə ətraflı məlumat verib. O, bu layihənin Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə etdiyini, layihənin əsas məqsədinin şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq məqsədi daşıdığını bildirib. Layihənin koordinatoru tələbələrə gələcəkdə pilot layihəyə qoşulmaq istəyən namizədlərə qoyulan tələblərdən söz açıb.
      Daha sonra  “Məktəblinin dostu” pilot layihəsinə daxil olan Bakı şəhəri Suraxanı rayonu  Elçin Qaranzadə adını  270 № li tam orta məktəbin məktəbli dostları və 8-ci sinif şagirdlərinin birgə hazırladıqları  Hüseyn Cavidin “Ana” mənzum faciəsi tamaşası nümayiş olunub.
    Sonda layihənin müdir müavini İskəndər Məmmədov, 270 № li tam orta məktəbin müəllim və valideyinləri universitetin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
   Tədbirdə “Məktəblinin dostu” pilot layihəsinə daxil olan Bakı şəhəri Suraxanı rayonu  Elçin Qaranzadə adını  270 № li tam orta məktəbin müəllim- şagirdləri, “Məktəblinin dostu” layihəsinin nümayəndələri, AzMİU-nun tələbləri də iştirak ediblər.