AzMİU-nun Nəqliyyat fakültəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib
2017-05-03 16:58:30
      Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) fakültə üzrə aktiv tələbələrinin təşəbbüsü ilə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbir keçirilib.
      Fakültənin dekan müavini Tariyel Həsənov çıxış edərək tələbələrə ulu öndər Heydər Əliyevin vətən və millət qarşısında misilsiz tarixi xidmətləri olduğunu xatırladıb. O, 1991-ci ildə ölkənin xaos, anarxiya və seperatçılıq meylləri ilə üz-üzə qaldığı bir zamanda umummilli liderin xilaskar misiyası sayəsində ölkənin yenidən dirçəldiyini və məhv olmaq təhlükəsindən xilas olduğunu, inkişaf edən bir dövlətə çevrildiyini vurğulayıb.
      Universitetin Ağsaqqallar Şurasının sədri Bəhram Avilov və İctimai fənlər kafedrasının müəllimi İzzət Musayeva çıxış edərək dahi şəxsiyyətin Azərbaycan xalqının tarixində müstəsna rolundan, ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan söz açıblar. Ümummilli lider Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi kimi xarakterizə edib, müstəqil və firavan Azərbaycanın memarı olduğunu vurğulayıblar.
      Tədbirdə, həmçinin fakültənin aktiv tələbələrinin ulu öndərə həsr olunan şeirləri dinlənilib, tarda “Sarı Gəlin” musiqisi səsləndirilib, video-çarx nümayiş olunub.