Əcnəbi tələbəmiz Bakı Beynəlxalq Tələbə Klubunun layihəsi çərçivəsində əcnəbi tələbələr arasında TEDx formatlı yarışmanın final mərhələsində iştirak etmişdir.
2017-05-02 11:30:02
      Bakı  Beynəlxalq  Tələbə  Klubunun  təşkilatçılığı, Azərbaycan Respublikası  Prezidenti  yanında  Gənclər  Fondunun  maliyyə  və  ADA universitetinin  Magistr  Tələbə  hökümətinin  texniki  dəstəyi  ilə “Əcnəbi tələbələrin  fikir  platforması” adlı  Azərbaycanda  ilk  dəfə  əcnəbi  tələbələr arasında  TEDx  formatlı  yarışma  təşkil  olunub. 
    Aprel  ayının  13-də  Layihənin  yarımfinal  mərhələsi  və  aprelin  25-də  ADA  Universitetində  Final mərhələsi  keçirildi. Universitetimizin  I  kurs  tələbəsi  Ukrayna  vətəndaşı  Tatyana  Belorus da  finalçılar arasında idi.
    Sonda Tatyana  Belorusa  yarışın  iştirakçısı  kimi  sertifikat  təqdim  edildi.