Milan Politexnik Universitetinin müəllimi AzMİU-da mühazirə oxuyub
2017-04-21 17:47:04
Milan Politexnik Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Nora  Lombardini bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələrinə  mühazirə oxuyub.
          Nora Lombardini mühazirəsində Memarlıq fakültəsinin tələbələrinə qədim abidələr üzərinə müasir elementərin inteqrasiya edilməsi prosesindən danışıb,  onları İtaliya və Avropada olan memarlıq abidələri, onlar üzərində aparılan restavrasiya və konservasiya işləri barədə məlumatlandırıb. O, bu işlər zamanı mədəni memarlıq irsinin və şəhər üslubunun qorunmasının vacibliyini vurğulayıb.  
        Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
        Onu da qeyd edək ki, Nora Lombardini Milan Politexnik Universiteti və AzMİU arasında  Erasmus+  müadilə proqramı çərçivəsində bu gün və sabah mühazirələr oxuyacaq.